Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

I BEYNƏLXALQ TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ SİMPOZİUMU

Posted on Mart 26, 2026Aprel 28, 2026 By farida Şərh yoxdur I BEYNƏLXALQ TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ SİMPOZİUMU

az -Baku 29 Nisan Sempozyumu basvuru formu

Baku 29 Nisan Sempozyumu basvuru formu

eng -Baku 29 Nisan Sempozyumu basvuru formu – Köçür

program 29 aprel son

Hörmətli alim və tədqiqatçılar,

Sizi Qars Qafqaz Universitetinin təşkilatçılığı, Xəzər Universitetinin ev sahibliyi ilə 29 aprel 2026-cı il tarixində Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən biri olan Bakı şəhərində keçiriləcək I BEYNƏLXALQ “TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ” simpoziumuna dəvət edirik.

Türkiyə, Azərbaycan və Özbəkistanın nüfuzlu akademik qurumlarının strateji tərəfdaşlığı ilə ərsəyə gələn bu simpozium, türk xalqları arasındakı mənəvi və mədəni bağları elmi platformada möhkəmləndirməyi hədəfləyən beynəlxalq təşəbbüsdür. Əsas məqsədimiz Türk dünyasının tarixi dərinliklərindən gələn mədəni kodları, kimliyimizi formalaşdıran etik dəyərləri və minillik ortaq mirasımızın izlərini fənlərarası baxış bucağından yenidən kəşf etmək və qlobal akademik ictimaiyyətin müzakirəsinə təqdim etməkdir.

Bakıda reallaşacaq bu elm bayramı “dildə, fikirdə və işdə birlik” idealına xidmət edərək, Türk-İslam sivilizasiyasının ənənəsindən müasir mədəni kimlik quruculuğuna qədər geniş spektrdə fikir mübadiləsinə imkan yaradacaqdır. Bu əhəmiyyətli tədbirdə iştirakınız ortaq gələcəyimizin mədəni təməllərini gücləndirmək baxımından müstəsna önəm kəsb edir.

SİMPOZİUMUN ƏSAS MÖVZULARI
  1. Mədəni irs və ortaq dəyərlər

Türk Dünyasında mədəni inteqrasiya və kimlik axtarışı

Maddi və qeyri-maddi mədəni irsin qorunması

Ənənəvi dəyərlərin müasir cəmiyyətdə təzahürləri

  1. Dil, ədəbiyyat və mətn tədqiqatları

Türk ləhcələri arasında qarşılıqlı təsir və ortaq terminologiya

Klassik türk ədəbiyyatında əxlaqi və fəlsəfi mövzular

Əlyazma əsərlərin elmi dövriyyəyə daxil edilməsi

III. Tarix, inanc və sosial quruluş

Tarixi prosesdə türk boylarının mədəni qarşılıqlı təsirləri

Türk Dünyasında dini və mənəvi cərəyanların izləri

Türk xalqlarında ictimai quruluş və ənənəvi hüquq sistemi

Yuxarıda göstərilən mövzularla yanaşı, əsas istiqamətə uyğun olaraq Türk Dünyasına həsr olunmuş digər elmi və sanballı tədqiqat işləri də qəbul ediləcəkdir.

ÖNƏMLİ TARİXLƏR
  • Məruzə tezislərinin son təqdimetmə tarixi: 10 aprel 2026
  • Qəbul olunmuş məruzələrin elan edilməsi: 15 aprel 2026
  • Simpoziumun keçirilmə tarixi: 29 aprel 2026
  • Tam mətnlərin təqdim olunması: 30 may 2026
SİMPOZİUMUN KEÇİRİLMƏ YERİ

AMEA Şərqşünaslıq İnstitutu / Bakı

TƏRƏFDAŞ QURUMLAR

Qafqaz Universiteti (Əbül-Həsən Xaraqani Tədqiqat və Tətbiqat Mərkəzi / Türkiyə)

Qafqaz Universiteti (İlahiyyat fakültəsi / Türkiyə)

Azərbaycan Milli Elmlər Akademiyası (Şərqşünaslıq İnstitutu / Azərbaycan)

Azərbaycan Milli Elmlər Akademiyası (Əlyazmalar İnstitutu / Azərbaycan)

Amasya Universiteti (İlahiyyat fakültəsi / Türkiyə)

Xəzər Universiteti (Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu / Azərbaycan)

Azərbaycan İlahiyyat İnstitutu

Gəncə Dövlət Universiteti (Azərbaycan)

Beynəlxalq Buxara Universiteti (Özbəkistan)

SİMPOZİUMUN FƏXRİ HEYƏTİ

Akad. İsa HƏBİBBƏYLİ / Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (Azərbaycan)

Akad. Gövhər BƏXŞƏLİYEVA / AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru (Azərbaycan)

Akad. Teymur KƏRİMLİ / AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru (Azərbaycan)

Prof. Şərif BARATOV / Beynəlxalq Buxara Universitetinin rektoru (Özbəkistan)

Prof. Hüsnü KAPU / Qars Qafqaz Universitetinin rektoru (Türkiyə)

Prof. Ahmet Hakkı TURABİ / Amasya Universitetinin rektoru (Türkiyə)

Prof. Hamlet İSAXANLI / Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri (Azərbaycan)

Prof. Yusif YUSİBOV / Gəncə Dövlət Universitetinin rektoru

Dos. Aqil ŞİRİNOV / Azərbaycan İlahiyyat İnstitutunun rektoru (Azərbaycan)

SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ

Sədr:

Dos. Muhammed Alparslan KARTAL / Qafqaz Universiteti (Türkiyə)

Sədr müavinləri:

Dos. Məleykə MƏMMƏDOVA / AMEA Folklor İnstitutu (Azərbaycan)

Dos. Murat SARIGÜL / Qafqaz Universiteti (Türkiyə)

Koordinatorlar:

Dos. Elnur MUSTAFAYEV / AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu (Azərbaycan)

Dr. Fəridə SEYİDOVA / Xəzər Universiteti (Azərbaycan)

Məsul katib:

Bedriye Mehtap TOSYALI / Qafqaz Universiteti (Türkiyə)

Üzvlər:

Prof. Şərif BARATOV / Beynəlxalq Buxara Universiteti (Özbəkistan)

Prof. Murat TAŞDAN / Qafqaz Universiteti (Türkiyə)

Prof. Halil İbrahim KAYA / Qafqaz Universiteti (Türkiyə)

Prof. Hasan YERKAZAN / Amasya Universiteti (Türkiyə)

Prof. Mehmet YÜCE / Uludağ Universiteti (Türkiyə)

Prof. Selçuk URAL / Kafkas Üniversitesi (Türkiye)

Dr. Raziyə İSAYEVA / Xəzər Universiteti (Azərbaycan)

Dr. Mahmud CÜNEYT / Qafqaz Universiteti (Türkiyə)

Dr. Yalçın YUNUS / Qafqaz Universiteti (Türkiyə)

 

SİMPOZİUMUN ELMİ HEYƏTİ

Akad. İsa HƏBİBBƏYLİ (AMEA Rəyasət Heyəti / Azərbaycan)

Akad. Teymur KƏRİMLİ (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu / Azərbaycan)

Akad. Gövhər BƏXŞƏLİYEVA (AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu / Azərbaycan)

Prof. Hamlet İSAXANLI (Xəzər Universiteti / Azərbaycan)

Prof. Tahirə MƏMMƏD (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu / Azərbaycan)

Prof. Tazegül Demir ATALAY (Qafqaz Universiteti / Türkiyə)

Prof. Gülcahan ORDA (Muxtar Avezov adına Ədəbiyyat və İncəsənət İnstitutu / Qazaxıstan)

Prof. Mehmet Emin BARS (Bingöl Universiteti / Türkiyə)

Prof. Dilafruz BARATOVA (Beynəlxalq Buxara Universiteti / Özbəkistan)

Prof. Özkan DAŞDEMİR (Erzincan Binali Yıldırım Universiteti / Türkiyə)

Prof. Metin İZETİ (Tetovo Universiteti / Şimali Makedoniya)

Prof. Cafer ÖZDEMİR (Samsun Universiteti / Türkiyə)

Prof. Velin BELEV (Yeni Bolqarıstan Universiteti / Bolqarıstan)

Prof. Mahmut SARIKAYA (Kırşehir Ahi Evran Universiteti / Türkiyə)

Prof. Tacida Hafız ZUBÇEVİÇ (Priştina Universiteti / Kosovo)

Prof. Fırat PÜRTAŞ (Hacı Bayram Veli Universiteti / Türkiyə)

Prof. Bədirxan ƏHMƏDOV (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu / Azərbaycan)

Prof. Ahmet GÜNŞEN (Trakya Universiteti / Türkiyə)

Prof. Nimetullah HAFIZ (BALTAM / Kosovo)

Prof. Bülent BAYRAM (Türk Akademiyası / Türkiyə)

Prof. Edina SOLAK (Zenitsa Universiteti / Bosniya və Herseqovina)

Prof. Cemile Kınacı BARAN (Ankara Hacı Bayram Veli Universiteti / Türkiyə)

Prof. Turusbek MARAZIKOV (Yusuf Has Hacib adına Qırğız Milli Universiteti / Qırğızıstan)

Prof. Ramazan KORKMAZ (Qafqaz Universitetlər Birliyi / Türkiyə)

Prof. İbrahim MARAŞ (Ankara Universiteti / Türkiyə)

Prof. Olga ZHILINA (Thammasat Universiteti / Tayland)

Prof. Oğuzhan DURMUŞ (Ankara Sosial Elmlər Universiteti / Türkiyə)

Prof. Sieglinde HARTMANN (Vürtsburq Universiteti / Almaniya)

Prof. Fatih KİRİŞÇİOĞLU (Ankara Hacı Bayram Veli Universiteti / Türkiyə)

Prof. Suprun Vasiliy IVANOVICH (Volqoqrad Dövlət Sosial və Pedaqoji Universiteti / Rusiya)

Prof. Sinan GÜZEL (İzmir Katib Çələbi Universiteti / Türkiyə)

Prof. Fatih SAKALLI (Ankara Hacı Bayram Veli Universiteti / Türkiyə)

Prof. Akhlaq AHEN (Cəvahirləl Nehru Universiteti / Hindistan)

Prof. Ali KUMAIL (İslamabad Universiteti / Pakistan)

Prof. Seyfəddin RZASOY (AMEA Folklor İnstitutu / Azərbaycan)

Prof. Rashida CHIC (Sosial Elmlər üzrə Ali Araşdırmalar Məktəbi / Fransa)

Prof. Zaim KHANCHELOU (Milli Tarixöncesi, Antropologiya və Tarih Araşdırmaları Mərkəzi / Əlcəzair)

Prof. Əfzələddin Əsgərov (AMEA Folklor İnstitutu / Azərbaycan)

Prof. Almaz Hüseynova (AMEA Folklor İnstitutu / Azərbaycan)

Prof. Füzuli Bayat (AMEA Folklor İnstitutu / Azərbaycan)

Prof. Ramazan Qafarov (AMEA Folklor İnstitutu / Azərbaycan)

Dos. Nurlana MUSTAFAYEVA (Bakı Slavyan Universiteti)

Dos. Aida BABUTCU (Erciyes Universiteti / Türkiyə)

Dos. Mehman HƏSƏNLİ (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu / Azərbaycan)

Dos. Hikmət QULİYEV (AMEA Folklor İnstitutu / Azərbaycan)

Dos. Cihat ÜSTÜN (Erzincan Binali Yıldırım Universiteti / Türkiyə)

Dos. Dinçer ATAY (Qafqaz Universiteti / Türkiyə)

Dos. Alpay İĞCİ (Balkan Universiteti / Şimali Makedoniya)

Dos. Muhammed Alparslan KARTAL (Qafqaz Universiteti / Türkiyə)

Dos. Murat SARIGÜL (Qafqaz Universiteti / Türkiyə)

Dos. Məleykə MƏMMƏDOVA (AMEA Folklor İnstitutu / Azərbaycan)

Dos. Elnur MUSTAFAYEV (AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu / Azərbaycan)

Dos. Elnurə ƏZİZOVA (Azərbaycan İlahiyyat İnstitutu / Azərbaycan)

Dos. Pərvin KƏRİMZADƏ / Azərbaycan Gəncə Dövlət Universiteti (Azərbaycan)

Dos. Aytən ƏHMƏDOVA (Gəncə Dövlət Universiteti / Azərbaycan)

Dos. Anar QAFAROV (Azərbaycan İlahiyyat İnstitutu / Azərbaycan)

Dos. Ahmet NİYAZOV (Azərbaycan İlahiyyat İnstitutu / Azərbaycan)

Dos. Atıf AKGÜN (BALTED / Türkiyə)

Dos. Serdan KERVAN (Prizren Universiteti / Kosovo)

Dos. Xatirə YUSİFOVA (AMEA Əlyazmalar İnstitutu)

Dos. Aynur HACIQƏDİRLİ (AMEA Əlyazmalar İnstitutu)

Dos. Akbar NURMATOV (Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti / Özbəkistan)

Dos. Senkevich Tatyana VASIL’YEVNA (Brest Dövlət Universiteti / Belarus)

Dr. Qadir SƏFƏROV (Azərbaycan İlahiyyat İnstitutu / Azərbaycan)

Dr. Amir KAHAYEV (Azərbaycan İlahiyyat İnstitutu / Azərbaycan)

Dr. Go`zal MATYOKUBOVA (Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti / Özbəkistan)

Dr. Yerkanat KHUATBEKULY (Muxtar Avezov adına Ədəbiyyat və İncəsənət İnstitutu / Qazaxıstan)

Dr. Ali Asgarhon KOSİMOV (Beynəlxalq Buxara Universiteti / Özbəkistan)

Dr. Könül EYVAZOVA (Bakı Dövlət Universiteti)

Dr. Sardarkhon CİHANGİROV (Oriental Universiteti / Özbəkistan)

Dr. Fəridə SEYİDOVA (Xəzər Universiteti / Azərbaycan)

Dr. Sevinc BAYRAMOVA (AMEA Əlyazmalar İnstitutu)

 

İŞTİRAK VƏ MÜRACİƏT ŞƏRTLƏRİ

Dil: Azərbaycan dili, Türk dili və türk ləhcələri, İngilis dili.

Xülasə formatı: Xülasələr 200-300 söz aralığında olmalı, açar sözləri ehtiva etməli və akademik standartlara uyğun hazırlanmalıdır.

Format: Simpozium həm əyani (üz-üzə), həm də onlayn olmaqla HİBRİD üsulla keçiriləcəkdir.

Əlaqə: utrkdnys@gmail.com

 

SİMPOZİUMA TƏQDİM OLUNACAQ XÜLASƏ VƏ TAM MƏTNLƏRƏ DAİR

 YAZI QAYDALARI

Hörmətli iştirakçılar,

Simpozium çərçivəsində təqdim olunacaq məruzələrin tam mətnləri aşağıda qeyd olunan yazım qaydalarına uyğun hazırlanmalıdır. Göstərilən qaydalara cavab verməyən tədqiqat işləri dəyərləndirməyə alınmayacaqdır.

ÜMUMİ PRİNSİPLƏR

Həcm: Tam mətnlər, ədəbiyyat siyahısı xaric olmaqla, ən az 3000, ən çox 7000 sözdən ibarət olmalıdır. Bu həddi aşan işlər, Elmi Heyət tərəfindən xüsusi istisna kimi qəbul edilmədiyi təqdirdə, simpozium katibliyi tərəfindən rədd ediləcəkdir.

Məsuliyyət: Tam mətnlərdə simpozium heyəti tərəfindən hər hansı dil və ya məna düzəlişi edilməyəcəkdir. Orfoqrafik, qrammatik və məna xətalarına görə məsuliyyət tamamilə müəlliflərin üzərinə düşür.

Format: Mətnlər Windows əməliyyat sistemi üçün Microsoft Word (2003 və ya daha yuxarı versiya) proqramında hazırlanmalıdır.

MÜƏLLİF(LƏR) HAQQINDA MƏLUMAT

Müəllif adları aşağıdakı qaydada verilməlidir (məlumatlar alt və ya üst başlıq şəklində verilməməlidir):

Müəllifin Elmi Dərəcəsi, Adı, Soyadı

Müəllifin iş yeri (qurum), fəaliyyət sahəsi, e-poçt ünvanı, ORCID kodu.

XÜLASƏ (ÖZET / ABSTRACT) VƏ AÇAR SÖZLƏR

Tam mətndə ən az 200, ən çox 300 sözdən ibarət Azərbaycan/Türk (Xülasə/Özet) və İngilis (Abstract) dillərində xülasələr olmalıdır.

Xülasələrin sonunda ən az 3, ən çox 5 sözdən ibarət Açar sözlər (Keywords) qeyd edilməlidir.

SƏHİFƏNİN ÖLÇÜLƏRİ

Kağız ölçüsü: A4 şaquli (tam mətndə üfüqi səhifələrə yer verilməməlidir).

Kənar boşluqları: Yuxarı, aşağı, sağ, sol – 2,5 sm.

Şrift: Times New Roman (hər iki tərəfdən düzləndirilmiş).

Şrift ölçüsü: Başlıqda 12, mətndə 11, xülasələrdə 10, iqtibas və qeydlərdə 8 punto.

Abzas boşluğu: Əvvəl 6 nk – sonra 6 nk.

Abzas başlığı: 1,5 sm daxildən başlamalıdır.

Sətirarası məsafə: 1,15 sm.

Səhifə nömrəsi: Zəhmət olmasa, sənədə səhifə nömrəsi QOYMAYIN.

 BAŞLIQLARIN NÖMRƏLƏNMƏSİ

Tədqiqat işinin bölmələri GİRİŞ hissəsindən etibarən nömrələnməlidir. ANA BÖLMƏ BAŞLIQLARI BÖYÜK HƏRFLƏ, alt başlıqların isə yalnız ilk hərfləri böyük yazılmalıdır.

MƏNBƏLƏR (İSTİNAD QAYDALARI)

Mənbələrin göstərilməsində APA 7 standartlarından istifadə edilməlidir. Mətnin sonunda MƏNBƏLƏR başlığı altında istifadə olunan ədəbiyyat siyahısı müəllif soyadına görə əlifba sırası ilə verilməlidir. Mətn daxilində istinadlar (Müəllifin soyadı, İl: Səhifə No) və ya (Müəllifin soyadı, İl) formatında olmalıdır. Haşiyədə (dipnot) istinad üsulundan istifadə edilməməlidir.

Kitab: Müəllifin Soyadı, Adı. (İl). Kitabın adı (italik). Nəşr yeri: Nəşriyyat adı.

Məqalə: Soyadı, A. B. (İl). Məqalənin adı. Jurnalın Adı (italik), Cild(Say), Səhifə aralığı. DOI və ya URL.

NƏŞR İMKANLARI

Konfrans kitabında nəşr: Tam mətnlər ISBN nömrəli simpozium materialları kitabında yayımlanacaqdır. Bunun üçün hər hansı ödəniş tələb olunmur.

Tam mətnlər yazım qaydalarına uyğun hazırlanaraq 30 may 2026-cı il tarixinədək utrkdnys@gmail.com ünvanına göndərilməlidir.

Elmi töhfələriniz və diqqətiniz üçün təşəkkür edir, uğurlar diləyirik.

 

SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı
Next Post: Mövlana İnstitutu Qazaxıstanın Əhməd Yəsəvi Universiteti ilə əməkdaşlığa başlayıb

More Related Articles

Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi. Fəaliyyətimiz
Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi Fəaliyyətimiz
Karivani-eşqə mənəm saruban… Fəaliyyətimiz
“Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı Fəaliyyətimiz
MƏFAM-da “Məsnəvi”dən parçalar oxundu Fəaliyyətimiz
İlqar Fəhminin təqdimatında “Müasir ədəbiyyatda irfani əsintilər” adlı tədbir keçirildi Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz