Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

MƏFAM-ın ictimaiyyətə təqdimatı

Posted on Sentyabr 23, 2024Sentyabr 23, 2024 By farida Şərh yoxdur MƏFAM-ın ictimaiyyətə təqdimatı

2019-cu il dekabrın 20-də, Mövlana Cəlaləddin Ruminin anım həftəsində Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universiteti ilə “NAB” holdinqin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin (MƏFAM) ictimaiyyətə təqdimatı keçirildi.

Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin tanınmış elm və sənət nümayəndələri, qonaqlar iştirak edirdilər.

Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, MƏFAM-ın yaranmasının məqsəd və vəzifələrindən, əhəmiyyətindən danışdı.

Yunus Əmrə İnstitutunun direktoru Dos. Dr. Cihan Özdemir, jurnalist, şair, ictimai xadim Qənirə Paşayeva çıxış edərək, Xəzər Universitetində MƏFAM-ın yaradılmasını alqışladılar və onun milli-mənəvi dəyərlərin formalaşmasında böyük rol oynayacağına əminliklərini bildirdilər.

Tədbirdə iştirakçılara maraqlı konsert proqramı təqdim olundu. Xəzər Universitetinin Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə universitetin xor kollektivi və xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın iştirakı ilə Nəsiminin sözləri əsasında hazırlanmış musiqi kompozisiyası, Alim Qasımov və Fərqanə Qasımovanın duetində Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasından “Kor ərəbin mahnısı” ifa olundu. İran və Türkiyə folklor musiqisinin bilicilərindən biri kimi tanınan, Oksford Universitetində İran musiqi sənəti üzrə mühazirələr oxuyan və ustad dərsləri keçən David Azad öz orkestrinin müşayiəti ilə mahnılar ifa etdi. İştirakçılara Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupunun ifası da təqdim olundu.

Tədbir Türkiyənin TRT Haber, TRT Avaz və MTV (Müzik TV) tərəfindən işıqlandırılmışdır:

https://www.facebook.com/trtbakutemsilciligi/videos/836030826849012/

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: “Mövlana Cəlaləddin Rumi şeirinin irfani və poetik xüsusiyyətləri” mövzusunda dəyirmi masa oldu
Next Post: İranın görkəmli nəbatişünası Xosrov Sərtipi Mövlana Ədəbi-Fəlsəfi Araşdırma Mərkəzinin qonağı oldu

More Related Articles

Karivani-eşqə mənəm saruban… Fəaliyyətimiz
MƏFAM-ın təşəbbüsü ilə Xosrov Sərtipinin təqdimatında “Nəbati Yaradıcılığında Eşq” adlı tədbir Fəaliyyətimiz
IX Beynəlxalq Rumi simpoziumunun materialları çap olunmuşdur Fəaliyyətimiz
Qazaxıstanlı qonaqlar Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Fəaliyyətimiz
Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana Fəaliyyətimiz
Xəzər Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə respublika konfransı keçirilib Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz