Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

“Mövlana Cəlaləddin Rumi şeirinin irfani və poetik xüsusiyyətləri” mövzusunda dəyirmi masa oldu

Posted on Sentyabr 23, 2024Sentyabr 23, 2024 By farida Şərh yoxdur “Mövlana Cəlaləddin Rumi şeirinin irfani və poetik xüsusiyyətləri” mövzusunda dəyirmi masa oldu

2019-cu il dekabrın 12-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti “Mövlana Cəlaləddin Rumi şeirinin irfani və poetik xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova yaxın Şərq bədii-estetik fikrinin, xüsusilə təsəvvüf ədəbiyyatının və ideyalarının inkişafında, mənəvi saflaşma düşüncəsinin yayılmasında, böyük mütəfəkkirlər –Nizami, Nəsimi, Füzuli, Şəms Təbrizi və Mövlana Cəlaləddin Ruminin misilsiz xidmətlərindən bəhs etdi. Dəyirmi masanın əsas məruzəçisi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli Mövlana Cəlaləddin Ruminin “Divani-Kəbir” adlı divanının poetikası, dərin fəlsəfi məzmunundan söhbət açdı. N.Məmmədli orijinal nümunələr əsasında divandakı şeirlərin oynaq vəzni, səmimiyyəti, yüksək pafosu haqqında aydın təsəvvür yaratdı. Əsərin “Divani-Şəms Təbrizi” adı ilə də məşhur olmasını qeyd edən Nəzakət Məmmədli Şəms Təbrizi şəxsiyyəti, onun Mövlananın həyatında oynadığı böyük roldan danışdı, əsərin nədən Şəmsin adı ilə bağlandığını izah etdi.

Daha sonra məruzəçi Mövlananın “Məsnəvi” əsərini yüksək əxlaqi və mənəvi keyfiyyətlər aşılayan, kamilliyə çatmağın yollarını açıqlayan, insan psixologiyasının ən incə nöqtələrinə toxunaraq, onu mənəvi inkişafa səsləyən bir əsər kimi səciyyələndirdi. N.Məmmədli əsərdəki müxtəlif hekayələrdən nümunələr gətirərək, onların simvolik mənalarını açdı, yüksək tərbiyəvi əhəmiyyəti barədə məlumat verdi.

Dəyirmi masada departamentin akademik heyəti ilə birlikdə tələbələr və universitet nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin tədqiqatçıları da iştirak edirdilər. Mərkəzin tədqiqatçılarının mövzu ilə bağlı çıxış və təklifləri maraqla qarşılandı.

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: AZƏRTAC Xəzər Universitetində Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzinin açılışı haqqında xəbər yayıb
Next Post: MƏFAM-ın ictimaiyyətə təqdimatı

More Related Articles

MƏFAİ-də növbəti “Açıq qapı günü” Fəaliyyətimiz
Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi Fəaliyyətimiz
Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda Fəaliyyətimiz
MƏFAM-ın ictimaiyyətə təqdimatı Fəaliyyətimiz
Mövlana İnstitutu Qazaxıstanın Əhməd Yəsəvi Universiteti ilə əməkdaşlığa başlayıb Fəaliyyətimiz
I BEYNƏLXALQ TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ SİMPOZİUMU Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz