Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetində MƏFAMın açılış mərasimi oldu

Posted on Sentyabr 23, 2024Sentyabr 23, 2024 By farida Şərh yoxdur Xəzər Universitetində MƏFAMın açılış mərasimi oldu

2019-cu il noyabrın 19-da Xəzər Universitetinin “Neftçilər” kampusunda MƏFAM-ın Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzinin (MƏFAM) açılış mərasimi keçirildi. MƏFAM-ın təşkilatçısı Xəzər Universiteti, himayəçisi NAB Holdinq-dir. Mərkəzin yaradılmasında əsas məqsəd Mövlana Cəlaləddin Ruminin Azərbaycan ictimaiyyətinə müvafiq şəkildə təqdim edilməsi, onun fəlsəfə, ədəbiyyat və digər fəaliyyət sahələri ilə bağlı araşdırmaların aparılması, ölkə daxilində və onun hüdudlarından kənarda yerləşən universitetlər, institutlar, kitabxanalar, təhsil mərkəzləri və ədəbi araşdırma mərkəzləri arasında əməkdaşlıq yaradılmasıdır.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və əməkdaşları, NAB Holdinq-in vitse-prezidenti Şahram Oromi, tanınmış qonaqlar, şairlər, müğənnilər və musiqiçilər iştirak edirdilər.

Mərasimi geniş çıxışı ilə professor Hamlet İsaxanlı açaraq, sözü Şəhram Mohəqqeq Oromiyə verdi (çıxışlar jurnalın 22-25-ci səhifələrində dərc olunur).

Çıxışlardan sonra təşkilatçı Xəzər Universiteti ilə himayəçi NAB Holdinq arasında birgə fəaliyyət haqqında müqavilə imzalandı.

Tədbir musiqinin müşayiətində Mövlana şeirlərinin qiraəti ilə davam etdi.

Sonda MƏFAM-ın təqdim olunan loqotipləri nümayiş etdirildi və ilkin seçim aparıldı.

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Next Post: AZƏRTAC Xəzər Universitetində Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzinin açılışı haqqında xəbər yayıb

More Related Articles

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Pakistan İslamabad Universitetinin professoru ilə görüş Fəaliyyətimiz
“Füzuli poeziyası irfan və mənəvi dəyərlər işığında” konfransının məruzələr toplusu yayınlandı Fəaliyyətimiz
Ədəbiyyatşünaslıq elmimizə böyük itki Fəaliyyətimiz
Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib Fəaliyyətimiz
IX Beynəlxalq Rumi Simpoziumu keçiriləcək Fəaliyyətimiz
Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz