Özbəkistanın Səmərqənd Dövlət Universitetinin ev sahibliyi ilə 15–18 dekabr 2026-cı il tarixlərində II Beynəlxalq “Dilin Gücü, Mədəniyyətin Yaddaşı: Türk Dünyasında Ortaq Dəyərlər” Simpoziumu keçiriləcək. Türkiyə Cümhuriyyəti TİKA-nın dəstəyi ilə təşkil olunan beynəlxalq tədbirin əsas təşkilatçısı Kafkas Universitetidir. Konfransın həmtəşkilatçıları arasında Azərbaycan tərəfindən Xəzər Universiteti (Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu) və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də Özbəkistanın bir çox elmi müəssisələri yer alır. UNESCO-nun Ümumdünya Türk Dili Ailəsi Günü münasibətilə keçirilən simpozium hibrid (əyani və onlayn) formatda baş tutacaq. Konfransın əsas məqsədi Türk xalqları arasındakı tarixi, mənəvi və mədəni bağları elmi müstəvidə araşdırmaq və ortaq dəyərləri fənlərarası yanaşmalarla təhlil etməkdir. Tədqiqatçılar tam mətn məruzələrini 10 oktyabr 2026-cı il tarixinədək utrkdnys@gmail.com e-poçt ünvanına göndərə bilərlər. Qəbul edilmiş materiallar beynəlxalq ISBN-li simpozium kitabında ödənişsiz olaraq dərc ediləcək.
Ana səhifə / Xəbər və elanlar / Xəzər Universitetinin tərəfdaşlığı ilə Səmərqənddə beynəlxalq konfrans keçiriləcək
Xəzər Universitetinin tərəfdaşlığı ilə Səmərqənddə beynəlxalq konfrans keçiriləcək
