Ana səhifə / Xəbər və elanlar / “I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub. 

“I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub. 

22 avqust 2026

2026-cı il aprelin 29-da Xəzər Universitetində keçirilmiş Türkiyənin Qafqaz Universitetinin təşkilatçılığı, Türkiyənin Amasya Universiteti, Azərbaycanın AMEA Əlyazmalar İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistanın Beynəlxalq Buxara Universitetinin tərəfdaşlığı ilə keçirilən simpoziumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Malayziya və Əlcəzairdən 143 alim iştirak edib. Onlardan 109-u Bakıda əyani, 34-ü isə onlayn formatda məruzə ilə çıxış edib. Elmi toplantıda dil, ədəbiyyat, tarix, mədəniyyət, arxeologiya, sosiologiya, milli kimlik, din və fəlsəfə kimi müxtəlif istiqamətlər üzrə araşdırmalar təqdim olunub. Məruzələr 11 bölmə üzrə qruplaşdırılaraq nəşr edilən topluda öz əksini tapıb. Toplu Türk dünyasının ortaq mədəni irsinin, tarixi-mədəni əlaqələrinin və müasir elmi tədqiqat istiqamətlərinin öyrənilməsi baxımından əhəmiyyətli elmi mənbə kimi hazırlanıb. Nəşr eyni zamanda müxtəlif ölkələrin alimləri arasında elmi əməkdaşlığın inkişafına və Türk dünyasının ortaq dəyərlərinin araşdırılmasına töhfə verir.

Toplunu aşağıdakı linkdən əldə edə bilərsiniz: EBU’L-HASAN HARAKÂNÎ UYG. VE ARŞ. MRK.