Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

“Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub

Posted on Avqust 12, 2026Avqust 12, 2026 By farida Şərh yoxdur “Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub

Xəzər Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinə həsr edilmiş “Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları çap olunub. Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkil etdiyi konfrans, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamına uyğun olaraq, şairin zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və elmi ictimaiyyətə təqdim olunması məqsədi daşıyırdı. Bu mühüm yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Xaqani Şirvani – 900: Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı klassik irsin araşdırılması istiqamətində mühüm elmi hadisəyə çevrilmişdir. Konfrans müxtəlif elmi istiqamətlərdə çalışan tədqiqatçıları bir araya gətirməklə Xaqani irsinin çoxşaxəli şəkildə öyrənilməsinə, yeni elmi yanaşmaların formalaşmasına və müasir xaqanişünaslığın inkişafına əhəmiyyətli töhfə vermişdir. Oxuculara təqdim olunan “Əlyazmalar yanmır” adlı elmi məqalələr toplusu həmin konfrans çərçivəsində təqdim edilmiş və nəşr üçün qəbul olunmuş elmi araşdırmaları özündə birləşdirir. Topluda Xaqani Şirvaninin həyat və yaradıcılığı, onun zəngin poetik irsi, fəlsəfi dünyagörüşü, mətnşünaslıq problemləri, əlyazmalarının öyrənilməsi, klassik mətnlərin müqayisəli təhlili, mənbəşünaslıq məsələləri, Şirvanşahlar dövrünün ictimai-siyasi və mədəni mühiti, həmçinin orta əsr Azərbaycan yazılı irsinin müxtəlif istiqamətləri üzrə aparılmış müasir tədqiqatlar yer almışdır. Konfransın elmi proqramı mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, fəlsəfə və teologiya, mədəniyyətşünaslıq kimi humanitar elmlərin müxtəlif sahələrini əhatə etmişdir. Bu isə Xaqani irsinin yalnız filoloji baxımdan deyil, eyni zamanda tarixi, fəlsəfi, dini, mədəni və sivilizasiya kontekstində öyrənilməsinin vacibliyini bir daha göstərmişdir.

Toplunun pdf versiyasını bu linkdən əldə edə bilərsiniz: XAQANİ ŞİRVANİ-900 materiallar toplusu

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Xəzər Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə respublika konfransı keçirilib
Next Post: Xəzər Universitetinin tərəfdaşlığı ilə keçirilmiş konfransın məruzələr toplusu yayınlandı

More Related Articles

Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib Fəaliyyətimiz
MƏFAİ Qauhati Universitetində keçirilmiş beynəlxalq konfransda təmsil olunub Fəaliyyətimiz
Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana Fəaliyyətimiz
“I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub.  Fəaliyyətimiz
Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi Fəaliyyətimiz
Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi. Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz