Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə respublika konfransı keçirilib

Posted on İyul 2, 2026İyul 2, 2026 By farida Şərh yoxdur Xəzər Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə respublika konfransı keçirilib

Xəzər Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinə həsr edilmiş “Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkil etdiyi konfrans, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamına uyğun olaraq, şairin zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və elmi ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

Konfransı Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru Dr.Fəridə Seyidova açaraq, Xəzər Universitetinin rəhbərliyi adından iştirakçıları salamlayıb  və konfransın məramını diqqətə çatdırıb. AMEA Əlyazmalar İnstitutunun elmi katibi Dos. Aynur Hacıqədirli  dövlət sərəncamının əhəmiyyətinə və Xaqani irsinin araşdırılmasının vacibliyinə diqqət çəkib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Prof. İmamverdi Həmidov Xaqaninin Azərbaycan ədəbiyyat tarixindəki bənzərsiz yerindən və rolundan bəhs edib. İnstitutun digər xaqanişünas alimi, aparıcı elmi işçi Dos. Elnarə Zeynalova isə Xaqani irsinin öyrənilməsi, tədqiqi tarixi istiqamətindəki mühüm elmi mərhələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Açılış hissəsinin yekununda qonaqlar universitetin “Mövlana otağı” ilə yaxından tanış olublar. Sonra konfrans öz işini sessiyalarla davam etdirib.

Konfransda ümumilikdə 5 sessiya (bölmə) üzrə müzakirələr aparılıb. Konfrans çərçivəsində 29 tədqiqatçı universitetdə əyani, 4 alim isə onlayn platforma üzərindən çıxış edib. Ümumilikdə 34 məruzə elmi toplantıya təqdim olunub. Sessiyalarda əsasən mətnşünaslıq, mənbəşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq və mədəniyyətşünaslıq istiqamətləri üzrə məruzələr dinləniləcək; şairin sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dünya dillərinə tərcüməsi, eləcə də Azərbaycan xaqanişünaslığının aktual problemləri və perspektivləri müzakirə olunacaq.  Konfrans Azərbaycan xaqanişünaslığının gələcək perspektivlərini müəyyən etmək baxımından böyük rəğbətlə qarşılanıb və sonda konfrans materiallarının AMEA Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” jurnalında xüsusi say olaraq, işıq üzü görəcəyi bildirilib.

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib
Next Post: “Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub

More Related Articles

“Füzuli poeziyası irfan və mənəvi dəyərlər işığında” konfransının məruzələr toplusu yayınlandı Fəaliyyətimiz
Avropa Türk-İslam Birliyinin prezidenti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir Fəaliyyətimiz
İranın görkəmli nəbatişünası Xosrov Sərtipi Mövlana Ədəbi-Fəlsəfi Araşdırma Mərkəzinin qonağı oldu Fəaliyyətimiz
“I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub.  Fəaliyyətimiz
Kərkük şairi, araşdırmaçı-yazar, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi ilə görüş Fəaliyyətimiz
IX Beynəlxalq Rumi simpoziumunun materialları çap olunmuşdur Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz