Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Posted on Dekabr 19, 2025Dekabr 19, 2025 By farida Şərh yoxdur Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 

 

 

 

17 dekabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyəti Qars Qafqaz Universitetinin Ebul-Hasan Harakani Araştırma və Uygulama Mərkəzinin direktoru Dr. Alparslan Kartal Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir. Görüş zamanı Dr. Alparslan Kartal İnstitutun elmi-tədqiqat fəaliyyəti ilə yaxından maraqlandığını, tərəflər arasında ortaq elmi maraqların mövcud olduğunu qeyd etmiş, birgə tədqiqatların aparılması və elmi tədbirlərin təşkili məqsədilə əməkdaşlıq təklifini irəli sürmüşdür. Azərbaycanda Elmlər Akademiyasının müxtəlif İnstitutları ilə əməkdaşlıq edən bu mərkəzin əsas fəaliyyətini klassik Şərq mədəniyyəti, ədəbiyyatı, tarixi, təsəvvüfü üzrə tədqiqatlar təşkil edir. AMEA Folklor İnstitutunun alimi dos.Məleykə Məmmədovanın da iştirak etdiyi görüşdə birgə tədqiqatlar üçün zəmin olduğu qənaətinə gəlinmişdir.

Mövlana İnstitutunun əməkdaşları ilə aparılan müzakirələr nəticəsində ortaq monoqrafiya layihəsinin hazırlanması və beynəlxalq konfransın təşkili ilə əməkdaşlığa başlanılması barədə razılıq əldə olunmuşdur. Qarşılıqlı əməkdaşlığın hüquqi əsasda rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi
Next Post: “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı

More Related Articles

IX Beynəlxalq Rumi Simpoziumu keçiriləcək Fəaliyyətimiz
“Füzuli poeziyası irfan və mənəvi dəyərlər işığında” konfransının məruzələr toplusu yayınlandı Fəaliyyətimiz
IX Beynəlxalq Rumi simpoziumunun materialları çap olunmuşdur Fəaliyyətimiz
Mövlana İnstitutunun müdiri Nəzakət Məmmədli Türkiyənin “Yeni çağ” qəzetinə müsahibə verdi Fəaliyyətimiz
Mövlana İnstitutu Qazaxıstanın Əhməd Yəsəvi Universiteti ilə əməkdaşlığa başlayıb Fəaliyyətimiz
Kərkük şairi, araşdırmaçı-yazar, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi ilə görüş Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz