Sentyabr ayının 28-də Pakistanın İslamabad Universitetinin Fars dili və ədəbiyyatı fakultəsinin professoru Əli Kumeyl Qazalbaş Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir. Əli Kumeyl daha öncə Xəzər Universitetinin təşkil etdiyi konfranslarda məruzəçi qismində iştirak etmişdir.
Professoru İnstitutun elmi işçisi dr.Fəridə Seyidova və İnstitutun məşvərət şurasının üzvlərindən dos.Əsmətxanım Məmmədova qarşılamış və birgə əməkdaşlıqla bağlı müzakirələr aparmışlar.
Pakistanlı professor dünya mistik düşüncəsinin inkişafında önəmli rolu olan mütəfəkkir, “Pakistanın ideoloji atası”, sufi görüşləri ilə Qərbdə məşhurlaşmış şair və ictimai xadim Məhəmməd İqbal ilə əlaqədar araşdırmalarından bəhs etmiş, Mövlana İnstitutunun cari tədqiqləri ilə maraqlanmışdır. İki universitet arasında əməkdaşlıqla bağlı müzakirələr aparılmışdır.