Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetində 2024-cü il 14-15 oktyabr tarixlərində təşkil olunmuş “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpoziumun məqalələr toplusu yayınlanmışdır. Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun mərhum müdiri prof.Nəzakət Məmmədlinin zəhməti sayəsində baş tutmuş konfransda 7 ölkədən məruzəçi onlayn və əyani surətdə məruzələrini təqdim etmişlər. Toplunun hazırlanması İnstitutun koordinatoru dr.Fəridə Seyidova, Məşvərət Şurası üzvləri dos.Səadət Şıxıyeva və dos.Xatirə Yusifova tərəfindən həyata keçirilmişdir. Elelktron olaraq yayınlanmış toplunu bu linkdən əldə etmək mümkündür: