Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

IX Rumi Simpoziumunun əcnəbi məruzəçiləri Gəncliyə Yardım Fondunun qonağı olub

Posted on Dekabr 16, 2024Dekabr 16, 2024 By farida Şərh yoxdur IX Rumi Simpoziumunun əcnəbi məruzəçiləri Gəncliyə Yardım Fondunun qonağı olub

Xəzər Universitetinin 12-14 dekabr 2024-cü il tarixlərində ev sahibliyi etdiyi “IX Beynəlxalq Rumi Simpoziumu”nun əcnəbi məruzəçiləri simpoziumun ikinci günü Azərbaycan Gəncliyə Yardım Fondunu ziyarət etmişlər.

Yaxın Şərq Universitetinin Rumi Araşdırmalar Mərkəzi tərəfindən Mövlana, mövləvilik, təsəvvüf, hikmət mövzularında ənənəvi olaraq hər il düzənlənən elmi simpozium bu il Mövlana  Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Xəzər Universitetinin ev sahibliyində Bakıda baş tutdu. Qeyd edilməlidir ki, “Rumi elmi simpoziumu” bir çox ölkələrdən dəyərli alim və tədqiqatçılar tərəfindən təsəvvüf ədəbiyyatı, fəlsəfə, mövləviliyə elmi aspektdən baxış, irfan və hikmətlə bağlı səriştəli araşdırmaların təqdim olunduğu mötəbər elmi tədbirdir.

Simpozium 12 dekabr tarixində üz-üzə, 13 dekabrda isə onlayn formatda həyata keçirildi. Simpoziumda Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Hindistan, ABŞ, İran, Kanada, Kipr, Əlcəzairdən 36 məruzəçi əyani, 31 məruzəçi isə onlayn şəkildə öz elmi yeniliklərini təqdim etdilər.

13 dekabr tarixində Bakı şəhəri gəzintisi çərçivəsində Gəncliyə Yardım Fondunun dəvətilə bu qurumu ziyarət edən qonaqlar şam süfrəsində konfrans və Azərbaycanla bağlı təəssüratlarını bölüşdülər. Sonda xatirə şəkli çəkildi və qonaqlara Fondun nəşrlərindən hədiyyə edildi.

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi
Next Post: “Füzuli poeziyası irfan və mənəvi dəyərlər işığında” konfransının məruzələr toplusu yayınlandı

More Related Articles

“I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub.  Fəaliyyətimiz
“Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub Fəaliyyətimiz
Mövlana İnstitutu Qazaxıstanın Əhməd Yəsəvi Universiteti ilə əməkdaşlığa başlayıb Fəaliyyətimiz
Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana Fəaliyyətimiz
Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Fəaliyyətimiz
MƏFAİ-də Füzuliyə həsr olunmuş tədbir Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz