Ana səhifə / İnstitut haqqında

İnstitut haqqında

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu elmi-tədqiqat təşkilatları haqqında ümumi qanunlara əsasən Xəzər Universiteti rektorunun əmri ilə Xəzər Universitetinin elmi-tədqiqat müəssisələri bazasında yaradılan və Universitetin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzidir.

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzi

İnstitutun fəaliyyəti iki əsas istiqamətdə həyata keçirilir:

Elmi-tədqiqat: Şərqşünaslıq, ədəbiyyatşünaslıq, tarix və mədəniyyət sahələri üzrə ilkin mənbələrə əsaslanan (əlyazma və arxiv materialları), indiyədək geniş elmi dövriyyəyə daxil edilməmiş və hər kəs üçün əlçatan olmayan (ərəb, fars və əski türkcə) mənbələr əsasında tədqiqatların aparılması.

Elmi əməkdaşlıq və akademik inteqrasiya: Yerli və beynəlxalq elmi mühitə inteqrasiyanın gücləndirilməsi məqsədilə respublika və beynəlxalq səviyyəli elmi konfransların, simpoziumların, seminarların və digər akademik tədbirlərin təşkili.