Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi.

Posted on Noyabr 20, 2024Noyabr 20, 2024 By farida Şərh yoxdur Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi.

13-15 noyabr 2024-cü il tarixində Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri filologiya elmləri doktoru Nəzakət Məmmədli Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin layihə rəhbərliyi ilə böyük Qaraqalpaq şairi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illiyi münasibətilə şairin əsərlərinin Türkiyə və Azərbaycan türkcəsinə tərcümələrinin təqdimat mərasimində və Türk Akademiyası və Qaraqalpaq Humanitar Elmlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi konfransda iştirak etmişdir.

Hacıniyazın əsərləri Azərbaycan türkcəsinə Nəzakət Məmmədli, Türkiyə türkcəsinə Hüseyin Yıldırım tərəfindən tərcümə edilmişdir.

  1. Məmmədli 13 noyabr 2024-cü ildə Berdağ adına Qaraqalpaq Universitetində təşkil edilmiş təqdimat mərasimində şairin seçilmiş əsərlərindən ibarət “Bəylər, tərif edim Qalpaq yurdunu” adlı şeirlər kitabının tərtibçisi, tərcüməçisi, qeyd və izahların, giriş məqaləsinin, lüğətin müəllifi kimi çıxış edərək Qaraqalpaq və Azərbaycan ədəbi əlaqələrindən, Hacıniyaz yaradıcılığının bədii xüsusiyyətlərindən bəhs etmişdir.

14 noyabrda konfransın açılışı Ginnesin rekordlar kitabına düşmüş ən böyük yurtada (çadırda) baş tutmuşdur. N. Məmmədliyə Qaraqalpaq ədəbiyyatına göstərdiyi xidmətlərə görə Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu təqdim edilmişdir.

Daha sonra bölmə iclasları keçirilmiş və N. Məmmədli “Hacıniyaz və Azərbaycan aşıq ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış etmişdir. N. Məmmədliyə həm Türk Akademiyasının təşəkkürnaməsi, həm də konfransın sertifikatı təqdim edilmişdir.

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: 9-cu Beynəlxalq Rumi Simpoziumunda iştirak etmək istəyənlərin nəzərinə
Next Post: Avropa Türk-İslam Birliyinin prezidenti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir

More Related Articles

Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Fəaliyyətimiz
Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib Fəaliyyətimiz
Kərkük şairi, araşdırmaçı-yazar, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi ilə görüş Fəaliyyətimiz
Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi Fəaliyyətimiz
“Mövlana Cəlaləddin Rumi şeirinin irfani və poetik xüsusiyyətləri” mövzusunda dəyirmi masa oldu Fəaliyyətimiz
İlqar Fəhminin təqdimatında “Müasir ədəbiyyatda irfani əsintilər” adlı tədbir keçirildi Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz