6 aprel 2026-cı il tarixində Özbəkistanın qədim elm və mədəniyyət mərkəzi olan Buxara şəhərində Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin (Türkiyə) və Qafqaz Universiteti İlahiyyat fakültəsinin əsas təşkilatçılığı, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu (Azərbaycan) və Beynəlxalq Buxara Universitetinin (Özbəkistan) tərəfdaşlığı ilə keçirilmiş konfransın məqalələr toplusu nəşr olunmuşdur. Beynəlxalq Buxara Dövlət Universitetinin ev sahibliyi ilə baş tutan “I beynəlxalq Türk dünyasında ortaq dəyərlərin ehyası və inşası simpoziumu” toplusunda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Malayziya, Pakistan və İngiltərədən olan məruzəçilərin məruzələri toplanmışdır.Məruzələr dil və təhsil, mədəniyyət və ədəbiyyat, tarix və sosial strukturlar, iqtisadiyyat və inteqrasiya, Türk mədəniyyətində ədəbiyyat, sənət və ənənələr, Türk dünyasında dil, ədəbiyyat və mədəni qarşılıqlı əlaqələr, Türk dünyasında dini elmlər kimi mövzuları əhatə edir.
Konfrans toplusunun elektron versiyasını bu linkdən əldə etmək mümkündür: EBU’L-HASAN HARAKÂNÎ UYG. VE ARŞ. MRK.