Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib

Posted on Aprel 30, 2026Aprel 30, 2026 By farida Şərh yoxdur Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib

Aprelin 29-da Xəzər Universitetində Türkiyənin Qafqaz Universitetinin təşkilatçılığı, həmçinin Türkiyənin Amasya Universiteti, Azərbaycanın AMEA Əlyazmalar İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistanın Beynəlxalq Buxara Universiteti kimi nüfuzlu akademik qurumların tərəfdaşlığı ilə “I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə və işdə birlik” idealını rəhbər tutan bu mötəbər tədbir, Türk dünyasının tarixi köklərindən süzülüb gələn mədəni kodları və ortaq mənəvi dəyərləri müasir elmi müstəvidə bir araya gətirmək məqsədi daşıyıb.

Hibrid formatda təşkil olunan simpoziumda cəmi 143 alim iştirak edib ki, onlardan 109-u Bakıda əyani, 34-ü isə onlayn şəkildə müzakirələrə qoşulub. Beynəlxalq miqyaslı bu elmi toplantıda Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Malayziya və Əlcəzairdən olan tanınmış tədqiqatçılar öz elmi nailiyyətlərini və təcrübələrini bölüşüblər.

Saat 13:30-da Universitetin Mərmər zalında baş tutan açılış mərasimini konfransın koordinatoru, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun təmsilçisi dr. Fəridə Seyidova açaraq qonaqları salamlayıb. O, simpoziumun elmi və siyasi əhəmiyyəti barədə məlumat verərək, yüksək səviyyəli ev sahibliyinə görə təşkilat komitəsi adından universitet rəhbərliyinə minnətdarlığını bildirib. Xəzər Universitetinin rektoru dr. Raziyə İsayeva çıxışında Türk dünyasına xidmət edən belə bir platformaya ev sahibliyi etməkdən qürur duyduqlarını qeyd edib. Rektor universitetin beynəlxalq əlaqələrindən bəhs edərək, qurumun son illərdə bir tədqiqat universitetinə çevrilməsi yolunda atılan addımları konkret statistik göstəricilərlə diqqətə çatdırıb.

Konfransın təşkilat komitəsinin sədri, Qafqaz Universitetinin Xaraqani İnstitutunun direktoru dos. Muhammed Alparslan Kartal Qafqaz Universitetinin rektoru prof. Hüsnü Kapının salamlarını çatdıraraq, Türk-İslam vəhdətinin dövlətlərimizin inkişafındakı hərəkətverici rolunu vurğulayıb. O, konfransın təşkilat komitəsinin sədr müavinləri dos. Murat Sarıgül, dos. Məleykə Məmmədova və koordinator dr. Fəridə Seyidovaya təşəkkür edib. Mərasimin emosional anlarından biri kimi, dosent Kartal rektor Raziyə İsayevaya üzərində Türk bayrağı toxunmuş xüsusi xalçanı “bayrağı əmin əllərə təslim edərlər” sözləri ilə hədiyyə edib. Qarşılıqlı hörmət əlaməti olaraq Xəzər Universiteti adından da qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Açılış mərasimi Türk Dil Qurumunun üzvü, Qafqaz Universitetinin əməkdaşı prof. Mitat Durmuşun nitqi ilə davam edib. Çıxışına “Azərbaycan ürəyimdə şah damardır” sitatı ilə başlayan professor, Türk dünyasının birliyi yolunda atılmalı olan strateji addımlardan bəhs edərək, konfransın bu hədəfə nail olunmasındakı rolunu yüksək qiymətləndirib.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənli çıxış edərək, Türk xalqları arasındakı elmi və mədəni inteqrasiyanın müasir dövrdəki əhəmiyyətini vurğulayıb. O, bu qəbildən olan elmi tədbirlərin müxtəlif ölkələrin alimləri arasında birbaşa əlaqələrin qurulmasına xidmət etdiyini qeyd edərək, simpoziumun işinə uğurlar arzulayıb.

Amasya Universitetinin professoru Hasan Yerkazan da öz çıxışında Türk dövlətlərinin sarsılmaz birliyinin əhəmiyyətinə toxunub. Mərasimin sonunda Özbəkistanın Mirzə Uluğbəy adına Milli Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru prof. Sərdarxan Cahangir qardaşlıq və hörmət əlaməti olaraq qonaqları Azərbaycan dilində salamlayıb. O, konfransın Türk birliyinin elmi əsaslarla gücləndirilməsi baxımından önəmini geniş təhlil edib. İclasın yekununda Xəzər Universiteti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Açılış mərasimindən sonra simpozium öz işini dil, ədəbiyyat, mədəniyyət, tarix, arxeologiya, sosiologiya, milli kimlik, din və fəlsəfə istiqamətləri üzrə 11 müxtəlif bölmədə davam etdirib. Müzakirələrdə türk boylarının qədim dövrlərdən bu günədək davam edən qarşılıqlı təsirləri fənlərarası kontekstdə təhlil edilib. Yekunda qeyd olunub ki, Azərbaycan, Türkiyə və Özbəkistanın elmi qurumlarının bu cür birgə təşəbbüsləri Türk dünyasının ortaq gələcəyinin mədəni və elmi təməllərini daha da sarsılmaz edir.

 

 

 

              

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib
Next Post: Xəzər Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə respublika konfransı keçirilib

More Related Articles

İlqar Fəhminin təqdimatında “Müasir ədəbiyyatda irfani əsintilər” adlı tədbir keçirildi Fəaliyyətimiz
Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Fəaliyyətimiz
Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi. Fəaliyyətimiz
Qazaxıstanlı qonaqlar Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Fəaliyyətimiz
Xəzər Universitetində Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan mütəfəkkir alim, şair və ədib Abbasqulu ağa Bakıxanovun əsərlərinin təqdimatı olub. Fəaliyyətimiz
Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz