Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib

Posted on Aprel 28, 2026Aprel 28, 2026 By farida Şərh yoxdur Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib

6 aprel 2026-cı il tarixində Özbəkistanın qədim elm və mədəniyyət mərkəzi olan Buxara şəhərində Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin (Türkiyə) və Qafqaz Universiteti İlahiyyat fakültəsinin öndərliyi, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu (Azərbaycan) və Beynəlxalq Buxara Universitetinin (Özbəkistan) birgə təşkilatçılığı ilə Türk dünyasının mənəvi irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilmişdir. Beynəlxalq Buxara Dövlət Universitetinin ev sahibliyi ilə baş tutan “I beynəlxalq Türk dünyasında ortaq dəyərlərin ehyası və inşası simpoziumu”nda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Malayziya, Pakistan və İngiltərə daxil olmaqla 7 ölkədən məruzəçilər iştirak etmişdir.

Konfransın açılış mərasimi Özbəkistan ənənələrinə uyğun olaraq bədii hissə ilə başlamış; tələbələrdən ibarət rəqs və musiqi qrupları xarici qonaqları qarşılamışdır. Daha sonra tədbiri açıq elan edən Beynəlxalq Buxara Universitetinin rektoru, prof. Şərif Barotov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat vermiş, konfransın Türk dünyasının inteqrasiyası yolundakı əhəmiyyətini vurğulamışdır.

Daha sonra çıxış edən Türkiyənin Özbəkistandakı səfirliyinin mətbuat müşaviri, prof. Mehmet Yüce Türk dövlətlərinin ortaq tarixindən bəhs edərək, dövlət başçılarının Türk birliyinin təsis edilməsi istiqamətində atdığı addımları dəyərləndirmişdir. O, yalnız ortaq mədəni dəyərlərin qorunmasının kifayət etmədiyini, eyni zamanda müasir texnoloji və elmi nailiyyətlərə adaptasiya məsələsinin də mühüm olduğunu qeyd etmişdir.

Ardınca Simpoziumun Təşkilat Komitəsinin sədri və Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru, dos. Muhammed Alparslan Kartal çıxış edərək, ilk növbədə simpoziumun təşkilatçı qurumu olan Qafqaz Universitetinin rektoru, cənab Hüsnü Kapunun salamlarını çatdırmışdır. O, konfransın Türk dünyasına xidmət məqsədi daşıdığını və genişmiqyaslı bir layihə çərçivəsində həyata keçirilən tədbirlərdən biri olduğunu bildirmişdir. Ev sahibi Beynəlxalq Buxara Universitetinə təşəkkürünü bildirən Kartal, bu konfransların akademik əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını ifadə etmişdir. Dos.M.A. Kartal Beynəlxalq Buxara Universitetinin prorektoru dr.Əli Əsgərxon Qasımova, Simpoziumun Təşkilat Komitəsi sədrinin müavinləri dos.Murad Sarıgül və dos.Məleykə Məmmədovaya, eləcə də simpoziumun koordinatoru dr.Fəridə Seyidovaya əməklərinə görə minnətdarlığını bildirmişdir.

Qazaxıstandakı Beynəlxalq Xoca Əhməd Yasəvi adına Türk-Qazax Universitetini təmsil edən dos.Xəlil Çetin də açılış mərasimində çıxış edərək Türk birliyinin həm xalqlar, həm də dövlətlər səviyyəsindəki inkişafından bəhs etmişdir.

Hədiyyə təqdimatı ilə başa çatan açılış mərasimindən sonra konfrans işini 7 bölmədə əyani və onlayn formatda davam etdirmişdir. Ümumilikdə təqdim olunan 45 məruzədən 8-i Türkiyədən iştirak edən alimlər, 37-si isə digər ölkələrdən qoşulan məruzəçilər tərəfindən təqdim edilmişdir. Proqram çərçivəsində bölmə iclasları aşağıdakı başlıqlar üzrə təşkil olunmuşdur: Dil və təhsil, mədəniyyət və ədəbiyyat, tarix və sosial strukturlar, iqtisadiyyat və inteqrasiya, Türk mədəniyyətində ədəbiyyat, sənət və ənənələr, Türk dünyasında dil, ədəbiyyat və mədəni qarşılıqlı əlaqələr, Türk dünyasında dini elmlər.

Xəzər Universitetini konfransda Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru dr.Fəridə Seyidova təmsil etmişdir. Bölmə iclasları boyunca Türk dünyasının ortaq mədəni dəyərləri dil, ədəbiyyat, folklor, tarix, din və toplumsal yaddaş kontekstində araşdırılmış, fənlərarası baxış bucağı ilə yüksək səviyyəli elmi müzakirələr aparılmışdır.

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda
Next Post: Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib

More Related Articles

“Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı Fəaliyyətimiz
MƏFAİ Qauhati Universitetində keçirilmiş beynəlxalq konfransda təmsil olunub Fəaliyyətimiz
Xəzər Universitetinin tərəfdaşlığı ilə keçirilmiş konfransın məruzələr toplusu yayınlandı Fəaliyyətimiz
Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi Fəaliyyətimiz
Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda Fəaliyyətimiz
Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi. Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz