Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda

Posted on Aprel 8, 2026 By farida Şərh yoxdur Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda

Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru dr.Fəridə Seyidova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq elmi konfransda uğurla iştirak edib.

Belə ki, Prof. Törə Mirzayevə həsr olunmuş Beynəlxalq Türk Mədəniyyəti simpoziumu 2–4 aprel 2026-cı il tarixlərində geniş tərkibli təşkilatçı qurumların birgə əməkdaşlığı ilə baş tutub. Simpozium Özbəkistan Respublikası Elmlər Akademiyası, Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Əlişir Nəvai Adına Dövlət Ədəbiyyat Muzeyi, Əbu Reyhan Biruni Adına Şərqşünaslıq İnstitutu, Əlişir Nəvai Adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universiteti, Özbəkistan Yazıçılar Birliyi, Türk Kültürü Araşdırmaları İnstitutu, Ege Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Ankara Hacı Bayram Vəli Universiteti, Cənubi Koreyanın Dongduk Universitetinin Avrasiya Araşdırmaları İnstitutu, Türk Arxeoloji Mədəni İrs İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən birgə təşkil olunub.

Fəridə Seyidova simpozium çərçivəsində “Azərbaycan əsilli Xəlvətiyyə sufi məktəbinin özbək təmsilçisi: Yaqub xan Kaşğari”, mövzusunda elmi məruzə ilə çıxış ediblər. Qeyd edək ki, simpozium Türk Dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm elmi platforma kimi əhəmiyyət kəsb edir.

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Mövlana İnstitutu Qazaxıstanın Əhməd Yəsəvi Universiteti ilə əməkdaşlığa başlayıb
Next Post: Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib

More Related Articles

Xəzər Universitetinin tərəfdaşlığı ilə keçirilmiş konfransın məruzələr toplusu yayınlandı Fəaliyyətimiz
MƏFAM-da “Məsnəvi”dən parçalar oxundu Fəaliyyətimiz
Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi Fəaliyyətimiz
Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi. Fəaliyyətimiz
“Mövlananın Fəlsəfəsi və Poeziyası” adlı beynəlxalq konfrans keçirildi Fəaliyyətimiz
Xəzər Universitetində MƏFAMın açılış mərasimi oldu Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz