

17 dekabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyəti Qars Qafqaz Universitetinin Ebul-Hasan Harakani Araştırma və Uygulama Mərkəzinin direktoru Dr. Alparslan Kartal Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir. Görüş zamanı Dr. Alparslan Kartal İnstitutun elmi-tədqiqat fəaliyyəti ilə yaxından maraqlandığını, tərəflər arasında ortaq elmi maraqların mövcud olduğunu qeyd etmiş, birgə tədqiqatların aparılması və elmi tədbirlərin təşkili məqsədilə əməkdaşlıq təklifini irəli sürmüşdür. Azərbaycanda Elmlər Akademiyasının müxtəlif İnstitutları ilə əməkdaşlıq edən bu mərkəzin əsas fəaliyyətini klassik Şərq mədəniyyəti, ədəbiyyatı, tarixi, təsəvvüfü üzrə tədqiqatlar təşkil edir. AMEA Folklor İnstitutunun alimi dos.Məleykə Məmmədovanın da iştirak etdiyi görüşdə birgə tədqiqatlar üçün zəmin olduğu qənaətinə gəlinmişdir.
Mövlana İnstitutunun əməkdaşları ilə aparılan müzakirələr nəticəsində ortaq monoqrafiya layihəsinin hazırlanması və beynəlxalq konfransın təşkili ilə əməkdaşlığa başlanılması barədə razılıq əldə olunmuşdur. Qarşılıqlı əməkdaşlığın hüquqi əsasda rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanmışdır.