Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Kiprdə 10-cu Beynəlxalq Rumi Konqresi keçiriləcək

Posted on Noyabr 26, 2025 By farida Şərh yoxdur Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Kiprdə 10-cu Beynəlxalq Rumi Konqresi keçiriləcək

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Kiprin Yaxın Şərq Universiteti birgə təşkilatçılığı ilə 10-cu Beynəlxalq Rumi Konqresi keçiriləcək. 2023-cü ildə iki universitet arasında imzalanmış memorandum əsasında bir ildən bir bu iki universitetin birinin evsahibliyi edəcəyi bu nüfuzlu elmi konqresin builki ev sahibi Şimali Kipr Türk Cümhuriyyətidir.

Konqres 3–5 dekabr 2025-ci il tarixlərində Lefkoşa şəhərində, Yaxın Şərq Universitetində baş tutacaq. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər, tədqiqatçılar və sənət adamları Mövlanənin zəngin fəlsəfi irsini və onun insanlığa bəxş etdiyi ümumbəşəri dəyərləri müzakirə edəcəklər.

Tezislərin göndərilməsi üçün son tarix – 20 oktyabr 2025-dir. Simpoziumda aşağıdakı mövzularda məruzə ilə iştirak edə bilərsiniz:

Sülhün kölgəsində fərdi və ictimai təhlükəsizlik, əxlaq və dözümlülük, xeyirin şər üzərində, doğrunun yanlış üzərində qələbəsi anlayışı, Mövlanə ilə İsa Peyğəmbərin baxışlarının oxşarlıqları, vətən və vətənpərvərlik anlayışına önəm verilməsinin zəruriliyi, Mövlanə və Şəmsin baxış bucağından dünyada sülh, Mövlanə ilə Şintoizm arasındakı baxış oxşarlıqları, Mövlanə ilə Konfutsi arasındakı baxış oxşarlıqları, İslam mistisizminin dünya dinlərinə təsiri, psixoloji və ruhi böhranların həllində Mövlanənin baxışının təsiri, Yunq və Mövlanə, Sufi baxış bucağından cənnət və cəhənnəm anlayışı, Sufi baxış bucağından zalım və məzlum anlayışı, Təsəvvüf və islamçılıq, müasir böhranların təsəvvüf və sufi baxış bucağı ilə həlli, təhsil sistemində təsəvvüf ədəbiyyatının işlənməsinin zəruriliyi, Mövlanə ilə Əlişir Nəvai arasında ortaq məqamlar

10-cu Beynəlxalq Mövlana Konqresinin Təşkilat Komitəsi bütün maraqlananları bu əhəmiyyətli elmi tədbirdə iştirak etməyə dəvət edir. Ətraflı məlumat əldə etmək və müraciət göndərmək üçün aşağıdakı rəsmi maillər və saytlar vasitəsilə əlaqə saxlaya bilərsiniz:

  • Yaxın Şərq Universiteti – Rumî Araşdırmaları Mərkəzi: rumi.rc@neu.edu.tr; www.coe.neu.edu.tr
  • Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun rəsmi saytı: mefam@khazar.org, www.humefai.org
Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: MƏFAİ Qauhati Universitetində keçirilmiş beynəlxalq konfransda təmsil olunub
Next Post: Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi

More Related Articles

Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda Fəaliyyətimiz
IX Beynəlxalq Rumi simpoziumunun materialları çap olunmuşdur Fəaliyyətimiz
Ədəbiyyatşünaslıq elmimizə böyük itki Fəaliyyətimiz
Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib Fəaliyyətimiz
Xəzər Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə respublika konfransı keçirilib Fəaliyyətimiz
MƏFAM-ın ictimaiyyətə təqdimatı Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz