Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) koordinatoru Dr. Fəridə Seyidova Hindistanın Qauhati Universiteti tərəfindən ənənəvi olaraq sufi araşdırmaları mövzusunda təşkil edilən “Sufizm və dinlərarası dialoq” adlı beynəlxalq konfransda iştirak edib.
Beynəlxalq konfrans 2025-ci il noyabrın 9-12-də adı çəkilən universitetin Fars dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə keçirilib. elmi tədbir üç gün davam edib və müxtəlif sessiyalarda Özbəkistan, Rusiya, Tacikistan, Macarıstan, Banqladeş, Azərbaycan, İsveçrə, İran, həmçinin Hindistanın müxtəlif universitetlərindən olan mütəxəssislərin məruzələri dinlənilib.
Konfransda Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru Fəridə Seyidova Hindistanla Azərbaycan arasında təsəvvüf körpüsünün nümayəndələrindən sayılan Yaqub xan Kaşğari haqqında “Azərbaycan mənşəli Xəlvətiyyə sufi təriqətinin Şəbaniyyə qolunun Hindistandakı nümayəndəsi: Yaqub Xan Kaşğari” (Representatıve of the Shabanıyyah Branch of the Khalwatı Sufı Order of Azerbaıjanı Orıgın in Indıa: Yaqub Khan Kashgarı) mövzusunda məruzə edib. Onun ingiliscə təqdim etdiyi məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
