Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Ədəbiyyatşünaslıq elmimizə böyük itki

Posted on Noyabr 17, 2025 By farida Şərh yoxdur Ədəbiyyatşünaslıq elmimizə böyük itki

Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri Nəzakət Məmmədli vəfat etmişdir. Azərbaycan ədəbiyyatşünaslıq elminə ağır itki üz vermişdir. Görkəmli alim, elmimizi dünyanın bir çox ölkəsində ləyaqətlə təmsil etmiş filologiya elmləri doktoru Nəzakət Məmmədli 2025-ci il fevralın 3-də ömrünün 53-cü ilində vəfat etmişdir. 2022-ci ildən Xəzər Universitetinin Mövlana Ədədbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri vəzifəsində çalışan alim indiyə qədər Füzuli, Həmzə Nigari Qarabaği, Seyid Yəhya Şirvani, Sevdayi və bir çox azərbaycanlı müəllifin ədəbi irsi üzərində tədqiqatlar aparmış, Fəridəddin Əttar, Mövlana Cəlaləddin Rumi ilə bağlı əsərlər nəşr etdirmişdir.

Nəzakət Məmmədli 1971-ci ildə Sabirabad rayonunda dünyaya göz açmışdır. 1989-94-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə ilə bitirmiş, 1994-97-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. 1997-ci ildə “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” adlı tədqiqatı ilə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2023-cü ildə isə “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. Alimin respublikada və ölkə xaricində nəşr olunmuş 145 elmi məqaləsi, 5 monoqrafiya, 9 tərcümə, transfonoliterasiya etdiyi kitabı vardır.

Nəzakət Məmmədli 1994-2010-cu illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi olmuş, 2010-cu ildən vəfat edənə kimi AMEA Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir.

Tanınmış alim, qayğıkeş və səmimi insan Nəzakət Məmmədlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Karivani-eşqə mənəm saruban…
Next Post: Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Pakistan İslamabad Universitetinin professoru ilə görüş

More Related Articles

Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi Fəaliyyətimiz
“Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub Fəaliyyətimiz
MƏFAİ-də Füzuliyə həsr olunmuş tədbir Fəaliyyətimiz
MƏFAİ-də İtalyan rəssam Mikelancelonun “Adəmin yaradılması” əsərinə həsr olunmuş tədbir Fəaliyyətimiz
Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Pakistan İslamabad Universitetinin professoru ilə görüş Fəaliyyətimiz
Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz