Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi

Posted on Dekabr 16, 2024Dekabr 19, 2024 By farida Şərh yoxdur Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi

12-13 dekabr 2024-cü il tarixlərində Xəzər Universitetində Şərqin böyük filosofu Mövlana Cəlaləddin Rumi irsinin tədqiqinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Yaxın Şərq Universitetinin Rumi Araşdırmalar Mərkəzi tərəfindən Mövlana, mövləvilik, təsəvvüf, hikmət mövzularında ənənəvi olaraq hər il düzənlənən elmi simpozium bu il Mövlana  Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Xəzər Universitetinin ev sahibliyində Bakıda baş tutdu. Qeyd edilməlidir ki, “Rumi elmi simpoziumu” bir çox ölkələrdən dəyərli alim və tədqiqatçılar tərəfindən təsəvvüf ədəbiyyatı, fəlsəfə, mövləviliyə elmi aspektdən baxış, irfan və hikmətlə bağlı səriştəli araşdırmaların təqdim olunduğu mötəbər elmi tədbirdir.

Simpozium 12 dekabr tarixində üz-üzə, 13 dekabrda isə onlayn formatda həyata keçirildi. Simpoziumda Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Hindistan, ABŞ, İran, Kanada, Kipr, Əlcəzairdən 36 məruzəçi əyani, 31 məruzəçi isə onlayn şəkildə öz elmi yeniliklərini təqdim etdilər.

Açılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı qonaqları salamladıqdan sonra dünya mədəniyyətində Mövlana Cəlaləddinin mövqeyinə diqqət çəkərək simpoziumun əhəmiyyətini vurğuladı və belə mötəbər tədbirə ev sahibliyi etməkdən sevinc duyduğunu dilə gətirdi. Nitqinin sonunda təşkilatçılara öz təşəkkürünü bildirən Hamlet İsaxanlı Yaxın Şərq Universiteti ilə əməkdaşlığın davam edəcəyini diqqətə çatdırdı.

Salamlama nitqi ilə çıxış edən Yaxın Şərq Universitetinin professoru, Rumi Araşdırmaları Mərkəzinin müdiri Qədir Golkarian doğma Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu dilə gətirərək Xəzər Universitetinin rəhbərliyinə qonaqpərvərliyinə görə təşəkkür etdi. Yaxın Şərq Universitetinin təsisçisi prof. İrfan Suat Günselin və Universitetin rektoru prof. Tamer Şanlıdağın salamlarını çatdıran Qədir Golkarian artıq 9 ildir təşkil olunan beynəlxalq simpoziumun dünyanın bir çox ölkələrində tanındığını, mövlanaşünas mütəxəssislərin hər il səbirsizliklə gözlədiyi bir tədbir olduğunu, hər dəfə simpoziumlarda bu dahi mütəfəkkirlə bağlı yeni fikirlər səsləndiyini ifadə etdi.

Daha sonra çıxış edən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri prof.Nəzakət Məmmədli konfrans iştirakçılarını salamlayaraq Mövlana Cəlaləddin Ruminin şərq ədəbiyyatı tarixində mövqeyi, təsirləri, Azərbaycan ədəbiyyatı nümayəndələri, xüsusilə Məhəmməd Füzuli yaradıcılığı ilə ortaq yönlərinə diqqət çəkərək mütəsəvvifin kamil insanla bağlı düşüncələrini əsərlərindən gətirdiyi sitatlarla şərh etdi. Simpoziumun çox vacib bir missiyaya – şərq mədəniyyətinin təmsilçiləri arasında düşüncə körpüsü quran, özündən sonra nəhəng xələf ordusu qoyub gedən, günümüzə və gələcəyə yönəlik humanist fikirləri ilə çağlar aşan Mövlana Cəlaləddin Rumi irsinin yeni aspektlərdən tədqiqinə xidmət etdiyini dilə gətirdi. Nəzakət Məmmədli Xəzər və Yaxın Şərq Universitetlərinin rəhbərliyinə etimadlarına görə öz təşəkkürünü bildirdi. Çıxışını hazırda Mövlananın orijinaldan Azərbaycan dilinə tərcümə etdiyi “Məsnəvi” əsərinin ilk 18 beytinin bədii tərcüməsini təqdim edərək yekunlaşdıran Məmmədli hər kəsi konfransın seksiyalarını dinləməyə dəvət etdi.

Xəzər Universitetinin Mərmər zalında baş tutan açılış mərasiminin sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı, rektor dos.İradə Xəlilova Yaxın Şərq Universitetinin təsisçisi və rektoruna öz hədiyyələrini təqdim etdilər. Hədiyyələri onlar adına Yaxın Şərq Universitetinin təmsilçisi prof.Qədir Golkarian qəbul edərək təşəkkür etdi. Həmçinin, öz növbəsində Yaxın Şərq Universitetinin təsisçisi prof. İrfan Suat Günselin və Universitetin rektoru prof. Tamer Şanlıdağın hədiyyələrini çatdıran Golkarian bu əməkdaşlığın daimi olmasını arzuladığını ifadə etdi.

Sonda Xəzər Universitetinin Musiqi və İncəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın tərtibatında tələbələrdən ibarət orkestr və rəqs qrupunun çıxışları izlənildi.

Açılışdan sonra rəsmi panel və üç əlavə paneldə məruzələr dinlənildi. Mövlana yaradıcılığını ədəbiyyatşünaslıq, dilçilik, sosioloji, pedaqoji, incəsənət, təsəvvüfi aspektlərdən incələyən məruzəçilər öz elmi nailiyyətlərini təqdim etdilər.

Qapanış iclası ilə konfrans yüksək qiymətləndirildi, qarşıya qoyulan hədəflər, simpozium məruzələrinin nəşr olunması ilə bağlı fikir alış-verişi aparıldı və növbəti simpozium üçün hədəflər müəyyənləşdirildi.

13 dekabr 2024-cü il tarixində isə simpozium onlayn formatda zoom proqramı vasitəsilə həyata keçirildi.

     

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Mövlana İnstitutunun müdiri Nəzakət Məmmədli Türkiyənin “Yeni çağ” qəzetinə müsahibə verdi
Next Post: IX Rumi Simpoziumunun əcnəbi məruzəçiləri Gəncliyə Yardım Fondunun qonağı olub

More Related Articles

Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib Fəaliyyətimiz
“I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub.  Fəaliyyətimiz
“Mövlananın Fəlsəfəsi və Poeziyası” adlı beynəlxalq konfrans keçirildi Fəaliyyətimiz
MƏFAM-da “Məsnəvi”dən parçalar oxundu Fəaliyyətimiz
Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana Fəaliyyətimiz
“Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz