Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Avropa Türk-İslam Birliyinin prezidenti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir

Posted on Noyabr 20, 2024 By farida Şərh yoxdur Avropa Türk-İslam Birliyinin prezidenti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir

Noyabrın 7-sində Avropa Türk-İslam Birliyinin prezidenti, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun bir neçə əməkdaşı ilə birlikdə Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunu ziyarət etmişdir. İnstitutun müdiri filologiya elmləri doktoru Nəzakət Məmmədli institutun fəaliyyətinin nəticələri haqqında məlumat vermiş, aparılan tədqiqat işləri və təşkil olunan konfranslardan bəhs etmişdir. Həmçinin, Oktyabr ayında keçirilmiş “Füzuli poeziyası irfan və mənəvi dəyərlər işığında” adlı beynəlxalq konfransın təşkilində göstərdikləri dəstəyə görə Gəncliyə Yardım Fonduna təşəkkürünü bildirmişdir. Musa Sərdar Çələbi Azərbaycanın Türk irfan düşüncə sistemində önəminə diqqəti çəkərək bu istiqamətdə tədqiqatların zərurətindən bəhs etmişdir. Görüşdə qarşılıqlı elmi əlaqələr, gələcək layihələrlə bağlı müəyyən qərarlar alınmış və sonda xatirə şəkli çəkdirilmişdir.

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi.
Next Post: “Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium

More Related Articles

Hofstara Universitetinin professoru Xəzər Universitetində məruzə edib Fəaliyyətimiz
9-cu Beynəlxalq Rumi Simpoziumunda iştirak etmək istəyənlərin nəzərinə Fəaliyyətimiz
IX Rumi Simpoziumunun əcnəbi məruzəçiləri Gəncliyə Yardım Fondunun qonağı olub Fəaliyyətimiz
MƏFAM-da “Məsnəvi”dən parçalar oxundu Fəaliyyətimiz
Karivani-eşqə mənəm saruban… Fəaliyyətimiz
MƏFAİ Qauhati Universitetində keçirilmiş beynəlxalq konfransda təmsil olunub Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz