Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

MƏFAİ-də İtalyan rəssam Mikelancelonun “Adəmin yaradılması” əsərinə həsr olunmuş tədbir

Posted on Sentyabr 23, 2024Sentyabr 23, 2024 By farida Şərh yoxdur MƏFAİ-də İtalyan rəssam Mikelancelonun “Adəmin yaradılması” əsərinə həsr olunmuş tədbir

2022-ci il mayın 14-də Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) ənənəvi “Açıq qapı” günündə məşhur italyan rəssamı və heykəltəraşı Mikelancelonun “Adəmin yaradılması” əsəri haqqında söhbət açıldı. Bu əsər təxminən 1511-1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib.

Əvvəlcə rəssam Mehdi Səmədi əsərin sənətkarlıq xüsusiyyətləri barədə dolğun məlumat verdi. Sonra Dr. Emin Əlilu əsəri insan beyninin anatomiyası baxımından təhlil etdi. Əsərdəki mələk təsvirlərinin insan beyninin ön, orta, arxa və s. hissələrinin yerlərinə uyğun olduğunu qeyd edən E. Əlilu Mikelancelonun qeyri-adi bir istedad və ilham nəticəsində insan beyninin bu gün belə tibb aləminə tam aydın olmayan gizli funksiyalarına bələd olduğu və onları öz yaradıcılığında tətbiq etdiyi barədə maraqlı bilgilər verdi və sualları cavablandırdı.

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: MƏFAİ-də Füzuliyə həsr olunmuş tədbir
Next Post: Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi

More Related Articles

Mövlana İnstitutunun müdiri Nəzakət Məmmədli Türkiyənin “Yeni çağ” qəzetinə müsahibə verdi Fəaliyyətimiz
Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda Fəaliyyətimiz
Qazaxıstanda qorunan Azərbaycan əlyazmaları haqqında qazax alimin təqdimatı keçirildi Fəaliyyətimiz
MƏFAİ-də Füzuliyə həsr olunmuş tədbir Fəaliyyətimiz
“Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub Fəaliyyətimiz
MƏFAM-da “Məsnəvi”dən parçalar oxundu Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz