Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

IX Beynəlxalq Rumi Simpoziumu keçiriləcək

Posted on Sentyabr 23, 2024 By farida Şərh yoxdur IX Beynəlxalq Rumi Simpoziumu keçiriləcək

Şimali Kipr Yaxın Şərq Universiteti, Rumi Araşdırmalar Mərkəzi tərəfindən hər il təşkil olunan “Mövlana, Mövləvilik, Təsəvvüf, Hikmət” mövzusunda ənənəvi elmi simpozium bu il Azərbaycan Xəzər Universiteti, Mövlana  Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birdə təşkilatçılığı  ilə Xəzər Universitetinin ev sahibliyində 12- 14 dekabr  tarixləri arasında Bakıda keçiriləcək.

İlk simpoziumdan etibarən “Mövlana Elmi Simpoziumları” bir çox ölkələrdən dəyərli alim və tədqiqatçılar tərəfindən təsəvvüf ədəbiyyatı, fəlsəfə, mövləviliyə elmi aspektdən baxış, irfan və hikmətlə bağlı səriştəli araşdırmaların təqdim olunduğu mötəbər elmi tədbirdir.

IX Beynəlxalq Rumi Simpoziumu Bakıda üzbəüz seksiyalarla yanaşı, simpoziumda iştirak etmək istəyən tədqiqatçılara “ZOOM” vasitəsilə ONLAYN iştirak variantı da təqdim edir. Dəyərli araşdırmalarınızla simpoziumda iştirakınızı səbirsizliklə gözləyir və sizə uğurlar arzulayırıq.

Ətraflı məlumat və müraciət üçün vebsaytlarımızı ziyarət edə bilərsiniz.

https://neu.edu.tr/arastirma-ve-uygulama-merkezleri/rumi-arastirmalari-merkezi/

https://humefai.com

Simpoziumun önəmli tarixləri:

30 sentyabr 2024 – Tezislərin qəbulu üçün üçün son tarix

15 oktyabr 2024 – Qəbul edilmiş tezislərin elan edilməsi.

15 noyabr 2024-cü il – Məruzələrin tam mətninin göndərilməsi

25 noyabr 2024- Simpozium proqramının iştirakçılara göndərilməsi

30 Noyabr 2024 – Üzbəüz iştirakçıların gediş-gəliş tarixlərinin bildirilməsi

11 dekabr 2024-cü il – Qonaqların Bakıya gəlişi

12 dekabr 2024 – Simpzoiumun açılışı və davamı

13 dekabr 2024- Simpoziumun yekun proqramı və qiymətləndirilməsi

14 dekabr 2024-cü il – Bakı şəhər turu (iştirak etmək istəyənlər üçün) və iştirakçıların Bakıdan yola salınması

20 fevral 2024 – Scopus indeksli nəşr üçün ingilis dilində məqalələrin təqdim edilməsi üçün son tarix.

Vacib qeydlər:

  1. Simpoziumumuz dosentlik üçün qoyulmuş tələblərə cavab verən ölkədaxili simpozium elanıdır. “YÖK Baş Məclisinin 15 iyun 2023-cü il tarixli və 10 saylı qərarına əsasən, “Ölkədaxili konfranslarda təqdim olunan və tezis yaxud məruzələr kitabında nəşr olunan elmi işlər dosentliyə müraciətlərdə 2 balla qiymətləndirilir”.
  2. Simpoziumda təqdim olunan məruzələr ödənişli olaraq SCOPUS indeksli topluda çap
  3. Simpoziumda təqdim olunacaq məruzələr (Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, rusca, farsca, ərəbcə, ingiliscə) təqdim oluna bilər, lakin yayınlanmaq üçün mütləq İNGİLİS DİLİNDƏ göndərilməlidir.
  4. Nəzərə almağınız xahiş olunur ki, simpoziuma göndərilmiş məqalələr daha əvvəl tam və ya qismən nəşr olunmamalı və ya başqa yerdə təqdim olunmamalıdır.
  5. Üzbəüz iştirakçılar Bakıya gediş-gəlişlərini özləri təmin etməlidirlər. Bununla belə, aeroportdan otelə və oteldən simpozium mərkəzinə gediş-gəliş təmin ediləcəkdir.
  6. Gecələmə xərcləri iştirakçılara aiddir.
  7. Simpoziumda iştirak üçün heç bir ödəniş tələb olunmur.

Yazı qaydaları

Məqalələr və tezislər aşağıdakı formata uyğun hazırlanmalıdır:

  1. Əsas başlıq 14 punto Times New Roman (Qalın) ortada
  2. Müəllif(lər)in adı (elmi adı yazılmadan) başlıq altında və ortada 10 punto Times New Roman (Qalın) şriftlə yazılır.
  3. Müəllif(lər)in elmi dərəcə və adları, e-poçt ünvanları, Orcid ID-ləri və WOS ID-ləri, əgər varsa, səhifə altında qeyd şəklində yazılmalıdır.
  4. Alt başlıqlar 12 punto Times New Roman (Qalın)
  5. Mətn 12 punto Times New Roman (Normal) şriftində olmalıdır.
  6. Sətir aralığı 1,15 sm olmalıdır.
  7. Paraqraflar arası boşluq olmamalıdır.
  8. Səhifənin tərtibatı: yuxarıdan 1,50 sm, aşağıdan 1,50 sm və sağdan və soldan 2 sm olmalıdır.
  9. Məqalə APA 6 versiyası ilə hazırlanmalıdır.
  10. Biblioqrafiya/ədəbiyyat siyahısı Times New Roman 11 Normal şriftində yazılmalıdır.
  11. Şəkillər və digər əlavələr məqalənin sonunda və biblioqrafiyadan əvvəl yerləşdirilməlidir.
Yazışmalar üçün və məqalələrin göndərilməli olduğu elektron poçt ünvanları:

Türkiyə, KKTC və Avropa ölkələrindən olan iştirakçılar üçün: rumi.rc@neu.edu.tr

Azərbaycan, İran, Mərkəzi Asiya, Ərəb və Asiya ölkələrindən olan iştirakçılar üçün  mefam@khazar.org

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək
Next Post: 9-cu Beynəlxalq Rumi Simpoziumunda iştirak etmək istəyənlərin nəzərinə

More Related Articles

Qazaxıstanlı qonaqlar Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Fəaliyyətimiz
“Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub Fəaliyyətimiz
I BEYNƏLXALQ TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ SİMPOZİUMU Fəaliyyətimiz
Türkiyə, Azərbaycan və Özbəkistan universitetlərinin ortaq təşkilatçılığı ilə Buxarada beynəlxalq simpozium keçirilib Fəaliyyətimiz
Xəzər Universitetinin alimi Qaraqalpaq  Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu ilə təltif edildi. Fəaliyyətimiz
Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz