Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Hofstara Universitetinin professoru Xəzər Universitetində məruzə edib

Posted on Sentyabr 23, 2024Sentyabr 23, 2024 By farida Şərh yoxdur Hofstara Universitetinin professoru Xəzər Universitetində məruzə edib

2023-cü il noyabrın 18-də tanınmış özbək şərqşünası, Amerikanın Hofstra Universitetinin professoru, tarix elmləri doktoru Elyor Kərimov Xəzər Universitetində «Orta Asiyada sufi təriqətləri» mövzusunda məruzə edib.

Tədbirə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Tarix İnstitutunun və Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, Xəzər Universitetinin müəllim və tələbələri qatılıblar.

Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru Nəzakət Məmmədli qonağı və iştirakçıları salamlayaraq bildirib ki, Orta Asiyada yaranan sufi təriqətləri Nəsimi, Seyyid Yəhya Bakuvi, Məhəmməd Füzuli və s. şairlərimizin yaradıcılığına, Azərbaycan fəlsəfi fikrinin formalaşmasına təsir göstərib. Hətta 19-cu əsr böyük sufi şairi Mir Həmzə Seyyid Nigari Qarabaği Buxarada yaşamış Bəhaəddin Nəqşbəndinin mənəvi davamçısı olduğunu qeyd edib.

E. Kərimov məruzəsində Orta Asiyada təşəkkül tapmış və bütün dünyaya yayılmış yəsəvilik, kübrəvilik, nəqşbəndilik və s. təriqətlərin yaranma tarixindən, ideoloji əsaslarından, nümayəndələrindən, həmçinin Yusif Həmədani, Əhməd Yəsəvi, Nəcməddin Kübra, Übeydullah Əhrar, Əbdürrəhman Cami və s. dahi şəxsiyyətlərin həyat yolundan, fəaliyyətindən, yaradıcılığından bəhs edib. Sonda iştirakçıların mövzu ətrafında suallarını cavablandırılıb.

Qeyd edək ki, professor E. Kərimov UNESKO-nun Ümumdünya Yaddaş Reyestrinin Alt Komitəsinin üzvü, YUNESKO tərəfindən nəşr olunmuş «Mərkəzi Asiya sivilizasiyalarının tarixi» çoxcildliyinin müəllifidir.

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Kərkük şairi, araşdırmaçı-yazar, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi ilə görüş
Next Post: Qazaxıstanlı qonaqlar Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda

More Related Articles

“Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı Fəaliyyətimiz
Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Kiprdə 10-cu Beynəlxalq Rumi Konqresi keçiriləcək Fəaliyyətimiz
Qazaxıstanlı qonaqlar Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda Fəaliyyətimiz
Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi Fəaliyyətimiz
Mövlana İnstitutunun koordinatoru Daşkənddə beynəlxalq konfransda Fəaliyyətimiz
“Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” konfransının materialları çap olunub Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz