Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

“Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək

Posted on Sentyabr 23, 2024Sentyabr 23, 2024 By farida Şərh yoxdur “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək

Oktyabr ayının 14-15 tarixlərində Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun və Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə  dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır.

Dünya mədəni irsinə dəyərli töhfələr vermiş Füzuli Bağdadi türkdilli ədəbiyyatımızın ən qüdrətli söz ustadlarından biridir. Şairin  türkcə divanı,  “Hədiqətüs-Süəda”, “Leyli və Məcnun”, “Bəngü Badə”, Şikayətnamə”, “Söhbətül-əsmar”, “40 hədis” əsərləri, farsca divanı, “Həft cam”, “Səhhət və Mərəz”, “Rindü Zahid” əsərləri, ərəbcə “Mətləül-etiqad” əsəri və qəsidələri onun üç dildə ölməz ədəbi nümunələr yaradan qüdrətli bir sənətkar olduğunu sübut edir. Əsrlər keçcə də Füzuli poeziyası öz təravətini, aktuallığını itirmir.  Dərin irfani mənası, yüksək poetik xüsusiyyətləri ilə seçilən bu əsərlər geniş coğrafi arealda yayılmış, ədəbi və fəlsəfi mühitə güclü təsir göstərmişdir. Əsrlərin sınağından uğurla çıxan Füzuli yaradıcılığı, insanlığa, xüsusilə də gənc nəslin yüksək mənəvi dəyərlər işığında, bütün dünyaya və insanlığa sevgi atmosferində yetişməsinə xidmət edir.

Füzuli irsinin öyrənilməsi, beynəlxalq ədəbi ictimaiyyətə daha yaxından tanıdılması bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi, dünyada müharibələrin, terrorun, ictimai duyarsızlığın və laqeydliyin hökm sürdüyü bir zamanda çox gərəkli və önəmlidir.

Məhəmməd Füzuli dünya ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, özündən sonra gələn Şərq ədəbiyyatına mühüm təsir göstərən qüdrətli şair və mütəfəkkirdir. Onun çoxşaxəli, zəngin ədəbi-fəlsəfi irsi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.

 Simpoziumun mövzuları:

  • Füzulinin sələfləri və xələfləri
  • Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətləri
  • Füzuli yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər
  • Füzuli yaradıcılığında irfan və təsəvvüf
  • Füzuli yaradıcılığında eşq
  • Füzuli şeirlərinə yazılan nəzirələr və təxmislər
  • Füzuli əsərlərinin  dünya dillərinə tərcüməsi
  • Azərbaycan füzulişünaslığı dünən və bugün: problemlər və perspektivlər
  • Füzuli əsərlərinin tədrisi metodikası
  • Dünya ədəbiyyatşünaslığında Füzuli yaradıcılığı
  • Qeyd edək ki, simpozium əyani və onlayn surətdə baş tutacaqdır.

Tezislərin qəbuluna dair tələblər:

  • Tezislər Azərbaycan, türk, ingilis və ya rus dilində yazılmalıdır.
  • Tezislərin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: fuzuli530@khazar.org
  • Tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və mail ünvanı göstərilməlidir.
  • Tezisin həcmi 250-300 söz olmalıdır.

Məruzələrin tam mətni üçün tələblər:

  • Azərbaycan, türk, və rus dilində olan məqalələrə ingiliscə də xülasə yazılmalıdır.
  • Məqalələrin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: fuzuli530@khazar.org
  • Məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və email ünvanı göstərilməlidir;
  • İstinadlar APA sisteminə uyğun olaraq verilməlidir.
  • Məqalələrin həcmi 4000 sözdən artıq olmamalıdır.

 Önəmli tarixlər:

Tezislərin qəbulunun son tarixi: 25  iyul 2024-cü il

Qəbul olunan tezislərin elanı: 10 avqust 2024-cü il

Məqalələrin tam mətninin qəbulu:   5 oktyabr 2024

Simpoziumun keçiriləcəyi tarix: 14-15 oktyabr

Ünvan: Bakı şəhəri, Məhsəti Gəncəvi küçəsi,

Əlaqə telefonu: +994 12 (+994 12) 421 10 93 \ 421 79 16 (daxili nömrə 270)

E-mail: fuzuli530@khazar.org

 ELMİ KOMİTƏ

Azərbaycan

Prof. Hamlet İsaxanlı Xəzər Universiteti
Prof. Rafael Hüseynov Nizami adına Ədəbiyyat Muzeyi
Prof. Muxtar İmanov Azərbaycan Dillər Universiteti
Prof. Şəfəq Əlibəyli Nizami adına Ədəbiyyat Muzeyi
Prof. Lalə Əlizadə Azərbaycan Dövlət Memarlıq və İnşaaat Universiteti
Prof. Aida Qasımlı Bakı Dövlət Universiteti
Prof. Ataəmi Mirzəyev AMEA Ədəbiyyat İnstitutu
Fil. e.d. Almaz Ülvi Binnətova AMEA Ədəbiyyat İnstitutu
Fil.e.d. Xuraman Hümmətova AMEA Ədəbiyyat İnstitutu
Fil.ü.f.d. dos.Səadət Şıxıyeva AMEA Şərqşünaslıq İnstitutu
Fil. ü.f.d. Əsmətxanım Məmmədova Bakı Dövlət Universiteti
Fil.e.d. dos. Nəzakət Məmmədli Xəzər Universiteti
Fil.ü.f.d. dos. Dilbər Zeynalova Xəzər Universiteti
Fil ü.f.d. dos.Xatirə Yusifova Xəzər Universiteti
Dr.Rüstəm Lazımov Xəzər Universiteti

 

Türkiyə

Prof. Ahmet Taşkın Ankara Hacı Bayram Veli Universiteti
Prof. Muhammed Nur Doğan İstanbul Universiteti
Prof.  Ali Temizel Səlcuq Universiteti
Prof. Ridvan Canım Trakya Universiteti
Prof. Fatih Köksal İstanbul Kültür Universiteti
Prof. Ömür Ceylan İstanbul Kültür Üniversitesi
Prof. Nimet Yıldırım Erzurum Atatürk Universiteti
Dos. Mustafa Tatçı Ankara Gazi Universiteti
Dos. Metin Hakverdioğlu Amasya Universiteti

 

ABŞ

Prof. Elyor Kerimov Nyu York Hofstra Universiteti 

 

Hindistan

Prof. Rekibuddin Ahmed Guvahati Dövlət Universiteti
Prof. Zaman Ovehadur Guvahati Dövlət Universiteti

 

Qazaxıstan

Prof. Zübeydə Şadkam Əl Farabi adına Qazax Dövlət Universiteti
Dr. Nazım Kairanbayeva Əl-Farabi adına Qazax Dövlət Universiteti

 

Özbəkistan

Prof. Nurbay Cabbarov Daşkənd Dövlət Universiteti
Prof. Həmdulla Baltabayev Özbəkistan Milli Universiteti
Dr.Barnoxon Abdurrahmanova Kokand  Dövlət Universiteti 

 

TƏŞKİLATİ KOMİTƏ

Şəhram Oromi, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun həmtəsisçisi (sədr)

Prof. İsaxan İsaxanlı, Xəzər Universiteti İdarəetmə və Tələbə işləri üzrə prorektor (həmsədr)

Dos. Nəzakət Məmmədli, Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri, üzv

Dos. Dilbər Zeynalova, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müdiri, üzv

Dos. Xatirə Yusifova, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu, üzv

Əlövsət Əmirbəyli, Xəzər Universiteti İctimai əlaqələr və Media üzrə direktor, üzv

Fil.ü.f.d.Qardaşxan Əzizxanlı, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, üzv

Fəridə Seyidova, Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun elmi işçisi, üzv

Fil.ü.f.d.Reyhan Mədətova, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, üzv

Natella Barkaya, Xəzər Universiteti Media Resursları Mərkəzinin müdiri, üzv

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Xəzər Universitetində Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan mütəfəkkir alim, şair və ədib Abbasqulu ağa Bakıxanovun əsərlərinin təqdimatı olub.
Next Post: IX Beynəlxalq Rumi Simpoziumu keçiriləcək

More Related Articles

“I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumunun məruzələr toplusu çap olunub.  Fəaliyyətimiz
Mövlana İnstitutunun müdiri Nəzakət Məmmədli Türkiyənin “Yeni çağ” qəzetinə müsahibə verdi Fəaliyyətimiz
Xəzər Universitetində I Beynəlxalq “Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib Fəaliyyətimiz
Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi Fəaliyyətimiz
AZƏRTAC Xəzər Universitetində Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzinin açılışı haqqında xəbər yayıb Fəaliyyətimiz
Karivani-eşqə mənəm saruban… Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz